Emin Mahmudov: "Uypeşt"lə oyunda motivasiya çatışmazlığı olmayacaq"
- 18 iyul, 2018
- 19:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Budapeşt. 18 iyul. REPORT.AZ / "Əlbəttə, çətin oyun olacaq. Biz yenə də öz oyunumuzu göstərməli və layiqli mübarizə aparmalıyıq".
"Report"un Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib. O bildirib ki, rahatlaşmaqdan söhbət gedə bilməz: "Motivasiya çatışmazlığı olmayacaq. Bu, Avropa Liqasının oyunudur. Səfərdə çıxış etmək nə qədər çətin olsa da, oyunumuzu sərgiləməliyik".
Qeyd edək ki, iyulun 19-da "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İlk görüşdə "Neftçi" qələbə qazanıb - 3:1.