Emil Balayevin çıxış etdiyi klub baş məşqçisi ilə yollarını ayırıb
Futbol
- 06 aprel, 2022
- 10:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Turan" klubu baş məşqçisi Vladimir Qazzayevlə yollarını ayırıb.
"Report" klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi ailə vəziyyəti ilə əlaqədar hər iki tərəfin razılığı əsasında vaxtından əvvəl ləğv edilib.
Onu bu postda köməkçisi olmuş Kuanış Kabdolov əvəzləyib.
Qeyd edək ki, Emil Balayev martın 4-də "Turan"la müqavilə imzalayıb. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Vladimir Qazzayevin məşqçilər korpusunda yer alıb.
Çempionatda 4 turdan sonra 3 oyun keçirən "Turan" 1 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Son xəbərlər
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi