Elxan Məmmədov: "Çempionlar Liqasının finalının Bakıda təşkil ediləcəyinə inanıram"

Futbol
  • 12 fevral, 2020
  • 07:33
Elxan Məmmədov: Çempionlar Liqasının finalının Bakıda təşkil ediləcəyinə inanıram

"Arzumuz odur ki, Bakı şəhəri gələcəkdə Çempionlar Liqasının finalına ev sahibliyi etsin".

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, Avropa miqyasında 3 ən böyük futbol tədbirindən 2-nə ev sahibliyi etmək istəyi artıq gerçəkləşib: "Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram".

44 filmi