Elxan Məmmədov AFFA-dakı vəzifəsini tərk edir

Futbol
  • 20 aprel, 2022
  • 13:21
Elxan Məmmədov AFFA-dakı vəzifəsini tərk edir
Elxan Məmmədov

Elxan Məmmədov AFFA-nın icraçı-vitse prezidenti vəzifəsini tərk edir.

"Report"un məlumatına görə, funksioner bundan sonra milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Bu isə o deməkdir ki, E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək.

Qeyd edək ki, Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.