Elvin Cəfərquliyev "Qarabağ" klubu ilə birlikdə Avstriyaya yollanıb

Futbol
  • 22 iyun, 2026
  • 11:11
Elvin Cəfərquliyev Qarabağ klubu ilə birlikdə Avstriyaya yollanıb
Elvin Cəfərquliyev

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev "Qarabağ" klubu ilə birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

25 yaşlı cinah müdafiəçisi səfərə yollanan futbolçular arasında yer alıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.

44 - Tezliklə