Elşad Əhmədov: "Qarabağ"la 1:1-lik heç-heçə bizim üçün qələbə kimi nəticədir"

Futbol
  • 24 noyabr, 2018
  • 18:39
Elşad Əhmədov: Qarabağla 1:1-lik heç-heçə bizim üçün qələbə kimi nəticədir

Bakı. 24 noyabr. REPORT.AZ/ "Bütün oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçdi. Biz isə bacardığımız qədər müdafiə olunduq. İlk yarıda bir vəziyyətdən qol vurduq. Bu hesab bizim üçün qələbə kimi nəticədir. Rəqibə uğurlar arzulayıram".

"Report" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Marko Deviçin durumu nə yerdədir?

- Bazar ertəsindən kollektiv məşqlərə başlayacaq. Ola bilsin, növbəti tur matçında meydana çıxsın.

Real yanaşsanız, hazırkı durumunuz nəyə imkan verir?

- Mövsümə başlayanda Premyer Liqada qalmağı düşünürdük. Amma 9 xal topladıqdan sonra hamı bizdən yüksək nəticələr gözləyirdi. Hazırkı imkanlarımız daxilində mübarizə aparırıq. 4-5 yeni futbolçuya ehtiyacımız var. İstədiyim futbol bu deyil. Əlimizdəki materialla bunları ediriksə, qoyub qaçmayacağıq ki?!