Elmar Baxşıyev "Qəbələ"nin baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib

Futbol
  • 01 sentyabr, 2026
  • 10:24
Elmar Baxşıyev Qəbələnin baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib

Elmar Baxşıyev "Qəbələ" komandasının baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

E.Baxşıyev hazırda heç bir klubla danışıq aparmadığını vurğulayıb:

"Heç kimlə danışıq aparmamışam. Olmayan bir şeyə şərh vermək mümkün deyil".

Elmar Baxşıyev 2020-ci ildən 2024-cü ilədək "Qəbələ"nin baş məşqçisi olub.

Xatırladaq ki, bölgə təmsilçisi ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.