Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal oyununa təyinat alıb

Futbol
  • 18 aprel, 2018
  • 11:12
Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal oyununa təyinat alıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.