Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Futbol
  • 26 noyabr, 2024
  • 05:38
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

44 - Tezliklə