Elgiz Kərəmli: "Milli komandada çalışmaq qürurvericidir"

Futbol
  • 25 avqust, 2026
  • 11:31
Elgiz Kərəmli: Milli komandada çalışmaq qürurvericidir

Milli komandada çalışmaq qürurvericidir.

Bu barədə "Report"a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi təyin olunan Elgiz Kərəmli deyib.

34 yaşlı mütəxəssis AFFA rəhbərliyinə təşşəkkürünü bildirib:

"Bu məsuliyyətli işi mənə etimad edib güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Məqsədimiz komandada sağlam rəqabət, birlik yaratmaq və ölkəni Avropada layiqincə təmsil etməkdir".

E.Kərəmli qarşıdakı müddətdə futbolçuları daha yaxından tanımaq, onların potensialını düzgün qiymətləndirmək və ən yaxşı heyəti formalaşdırmaq üçün çalışacağını söyləyib:

"İnanıram ki, birlikdə Azərbaycan futbolunun gələcəyi üçün yaxşı işlər görə bilərik".

Qeyd edək ki, AFFA Elgiz Kərəmlinin U-19 millisinə baş məşqçi təyin olunmasını ötən gün açıqlayıb.

44 - Tezliklə