Ebola virusuna görə Konqo yığmasının fanatları DÇ-2026-dan kənarda qala bilər

Futbol
  • 20 may, 2026
  • 12:15
Ebola virusuna görə Konqo yığmasının fanatları DÇ-2026-dan kənarda qala bilər

Konqo yığmasının azarkeşləri Ebola virusu səbəbindən futbol üzrə dünya çempionatına buraxılmaya bilər.

"Report" CNN-ə istinadən xəbər verir ki, futbolçuların isə yalnız analizlərinin nəticəsi neqativ çıxacağı təqdirdə ABŞ, Kanada və Meksikaya girişlərinə icazə veriləcək.

Ebola virusu ilə əlaqədar ABŞ-də gücləndirilmiş sanitar nəzarəti tətbiq olunub. Bu səbəbdən Uqanda, Konqo Demokratik Respublikası və Cənubi Sudanı ziyarət etmiş xarici ölkə vətəndaşlarının ABŞ-yə girişinə qadağa qoyulub.

Sözügedən qadağa turnirin startına qədər ləğv edilsə belə, konqolu azarkeşlər ABŞ-yə gəldikdən sonra bir neçə həftəlik izolyasiya və karantin rejimində qalmalı olduqları üçün matçları tribunadan izləyə bilməyəcəklər.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Konqo yığması K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya milliləri ilə mübarizə aparacaq.