Dünyanın ən yaxşı futbolçusu məlum olub
Futbol
- 17 yanvar, 2022
- 19:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
"Report"un məlumatına görə, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.
Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.
Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.
Son xəbərlər
12:20
Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr
12:17
Azərbaycan xarici vətəndaşlara 7,3 milyon manat ƏDV qaytarıb
Maliyyə
12:16
"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb
Futbol
12:14
Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək - EKSKLÜZİV
İnfrastruktur
12:11
Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Ekologiya
12:09
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
İnfrastruktur
12:04
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
Fərdi
12:00
AFFA rəsmisi Elçin Məmmədov: "Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq"
Futbol
11:54
"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Futbol