Dünyanın ən yaşlı futbolçusu yeni komandasında debüt edib
Futbol
- 16 mart, 2022
- 19:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyanın ən yaşlı futbolçusu olan Kadzuesi Miura yenicə transfer olduğu Yaponiyanın "Suzuka Point Getters" klubunda ilk oyununu keçirib.
"Report" xəbər verir ki, 55 yaşlı hücumçunun debütü IV divizionun ilk turunun "Reynmir Aomori" ilə matçına təsadüf edib.
Meydana start heyətində çıxan yaponiyalı forvard 65-ci dəqiqədə əvəzlənib. Görüş onun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Kadzuesi Miura daha əvvəl ölkəsinin "Yokohama", "Vissel Kobe", Avstraliyanın "Sidney", İtaliyanın "Cenoa" klublarında da çıxış edib. Yaponiya millisində 89 oyun keçirmiş hücumçu 55 qol vurub.
Son xəbərlər
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti
22:51
Foto
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Daxili siyasət
22:36
Foto
Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib
Digər ölkələr
22:34
Foto
"Azıx mağarası: Azərbaycanın beşiyi" filmi "Korkut Ata" festivalında mükafat qazanıb
Mədəniyyət siyasəti
22:28
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Digər ölkələr
22:16
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Daxili siyasət