Dünya çempionu Fransa millisindəki karyerasını başa vurub
Futbol
- 02 fevral, 2023
- 12:10
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.
"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib.
Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atıb. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istəyir.
Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb.
Son xəbərlər
09:40
"Vilyarreal" heyətində 3 kanadalı futbolçunun yer aldığı ilk "Top-5" liqa klubu olub
Futbol09:38
Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Region09:36
ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq
İnfrastruktur09:25
Dənizkənarı Bulvar İdarəsi mənfəətini 15 %-dən çox artırıb
Maliyyə09:18
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Komanda09:16
Tambovda "Wildberries" anbarında PUA hücumu nəticəsində yanğın baş verib
Region09:12
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
Energetika09:09
Pakistanda yanğın nəticəsində 15 körpə ölüb
Digər ölkələr09:02