Minifutbol üzrə dünya çempionatı: Çexiya millisi BƏƏ yığmasını məğlub edib

Futbol
  • 24 may, 2025
  • 23:05
Minifutbol üzrə dünya çempionatı: Çexiya millisi BƏƏ yığmasını məğlub edib

Çexiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.

"Report"un məlumatına görə, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.

Günün son qarşılaşması Avropa təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Gürcüstan yığması Argentina millisini 6:1 hesabı ilə məğlub edib. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Foto: Mircavid Eminoğlu.