Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb

Futbol
  • 20 avqust, 2023
  • 05:40
Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb

Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr).

Hakim-inspektor: Sebastian Stauicki (Polşa).

UEFA nümayəndəsi: Avi Levi (İsrail).

44 - Tezliklə