"Dinamo" - "Yuventus" matçına azarkeşlər də buraxılacaq
Futbol
- 20 oktyabr, 2020
- 06:20
UEFA Çempionlar Liqasında Ukraynanın "Dinamo" və İtaliyanın "Yuventus" komandaları arasındakı matç azarkeşlərin iştirakı ilə keçiriləcək.
"Report"un Kiyev klubunun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər oyunun təşkil olunacağı "Olimpiyski" stadionuna iki saat tez - Bakı vaxtı ilə saat 18:55-dən etibarən daxil ola biləcəklər. Klub pandemiya şərtlərinə əməl olunmasından ötrü fanatlardan stadiona mümkün qədər tez gəlmələrini xahiş edib.
Biletlər isə adlı olacaq. Şəxsiyyəti təsdiq etmək üçün azarkeşlər özləri ilə fotolu bank kartı və ya pasport, xarici pasport, yaxud sürücülük vəsiqəsi gətirməlidirlər. Tamaşaçı sayına isə məhdudiyyət qoyulmayacaq.
Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Son xəbərlər
19:58
Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır
Region19:49
Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzub
Futbol19:48
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Digər ölkələr19:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
Digər ölkələr19:44
Foto
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib
Energetika19:38
Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
Energetika19:30
Azərbaycan və Yaponiya bankçılıq sektorunda əməkdaşlığı genişləndirilməsini müzakirə edib
Maliyyə19:22
Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması Azərbaycana necə təsir göstərəcək? - TƏHLİL
Energetika19:18