Dieqo Maradonanın psixiatrı səhlənkarlıqda günahlandırılır
Futbol
- 06 fevral, 2021
- 08:40
Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən psixiatr Aqustina Kosaçov səhlənkarlıqda günahlandırılıb.
"Report" "EFE"yə istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 20-də Maradonanın sağlamlıq vəziyyəti haqqında psixiatr tərəfindən tərtib olunan hesabat prokurorluğun diqqətini cəlb edib.
Prokurorluq Maradonanın mütəxəssisə müraciət etmədiyindən və hesabatdakı məlumatların həqiqətə uyğun olmadığından şübhələnir. Psixiatrın vəkili məlumatı təkzib edib, ancaq tibbi sənədin tarixi ilə bağlı səhv ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.
Son xəbərlər
19:12
Şamaxı rayonunda zəlzələ olub
Hadisə18:52
Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib
Komanda18:45
Foto
Qusarda keçirilən beynəlxalq dağ xizəyi turniri başa çatıb
Fərdi18:41
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Region18:36
Cənubi Koreya Prezidenti KXDR-ə PUA-ların göndərilməsini araşdırmağı tapşırıb
Digər ölkələr18:24
Çində avtomobil yarışında on dörd nəfər xəsarət alıb
Digər ölkələr18:09
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Ekologiya18:09
Polşada nazirin evinin yaxınlığında peyin səpən kişi saxlanılıb
Digər ölkələr17:47