Dieqo Maradona Argentina yığmasına pulsuz rəhbərlik etməyə hazırdır

Futbol
  • 03 iyul, 2018
  • 13:33
Dieqo Maradona Argentina yığmasına pulsuz rəhbərlik etməyə hazırdır

Bakı. 3 iyul. REPORT.AZ/ Argentina milli komandasının sabiq futbolçusu və keçmiş baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, əfsanəvi hücumçu yığmada pulsuz işləmək istədiyini bildirib. O deyib: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edərəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm. Titenin işi xoşuma gəlir".

Qeyd edək ki, Dieqo Maradona 2008-2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. O, 2010-cu il Cənubi Afrikadakı mundialdakı uğursuz çıxışa görə, milli komandadan ayırılıb. Argentina millisi DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə məğlub olub. 

44 filmi