Didye Deşam "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib
Futbol
- 06 avqust, 2026
- 10:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis klubla danışıqlar aparsa da, tərəflər anlaşa bilməyiblər.
Təyinatın baş tutmamasına əsas səbəb Səudiyyə Ərəbistanı futbolunda qərarların qəbul edilməsi prosesindəki xüsusiyyətlər və yekun sözün ölkənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olmasıdır.
Qeyd edək ki, D.Deşam 14 illik fəaliyyətdən sonra, DÇ-2026-nın ardından Fransa millisindən ayrılıb. O, karyerası ərzində ölkəsində "Marsel", "Monako", İtaliyada "Yuventus" klublarını çalışdırıb.
Son xəbərlər
10:53
Pərviz Şahbazov: "Yaşıl enerji" layihələrin reallaşdırılmasında rəqabətli seçimə önəm verilib"
Energetika
10:53
Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
10:50
Dövlətxan Dövlətxanov: "Şəhərsalma layihələrimizi beynəlxalq ictimaiyyət diqqətlə izləyir"
İnfrastruktur
10:49
İlham Əliyev: Murovdağ tuneli dünyada dağlıq şəraitdə həyata keçirilən işlərin mühəndislik nümunəsinə çevrilib
İnfrastruktur
10:48
Azərbaycanda ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib
Maliyyə
10:47
Nazir: "Energetika sektorunda rəqabət mühitinin inkişafı üçün islahatlar aparılıb"
Energetika
10:46
Laos Azərbaycanla birgə İşgüzar Şuranın yaradılması təşəbbüsü ilə çıxış edib
Biznes
10:45
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Biznes
10:44
Laos Azərbaycan biznesini güzəştli şərtlərlə öz xüsusi iqtisadi zonalarına dəvət edir
Biznes