Didye Deşam: "Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq"

Futbol
  • 11 oktyabr, 2025
  • 01:40
Didye Deşam: Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq

Fransa yığması Azərbaycan millisini sürəti hesabına çətin vəziyyətə salıb.

"Report" xəbər verir ki, bunu futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Xalımızı 9-a çatdırmaq bizim üçün vacib idi. Futbolçularımızdan hər oyunda qələbə gözləyirik. Belə matçlar hər zaman mürəkkəb olur. Rəqib hücumlarımızın qarşısını bloklaya bilirdi. Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq. Qarşılaşmanın ilk hissəsində bir qədər ləng görünürdük. Daha böyük hesabla qalib gələ bilərdik. Sevincdən atılıb-düşmək fikrim yoxdur".

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti