Didye Deşam Azərbaycan millisi ilə matçda fransalı futbolçulardan narazı qalıb

Futbol
  • 12 oktyabr, 2025
  • 15:14
Didye Deşam Azərbaycan millisi ilə matçda fransalı futbolçulardan narazı qalıb

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilmiş matçın ilk hissəsində futbolçulardan narazı qalıb.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis birinci yarı başa çatandan sonra fasilə vaxtı paltardəyişmə otağında sərt çıxış edib.

Deşam Mbappenin hər zamankı kimi mübarizə aparmasını istəyib:

"Belə olmasa, biz rəqib üçün heç bir problem yaratmayacağıq. Sadəcə çıxılmaz vəziyyətə düşəcəyik. Sürətimizi artıranda onları çətin vəziyyətə salırıq. Bu templə nə onlar, nə də biz yorulacağıq. Siz bacardığınızın ən yaxşısını etməlisiniz".

Qeyd edək ki, Azərbaycan millisi Parisdəki qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzub. Meydan sahibləri ilk hissədə yalnız 1 qol vura bilib.

Son xəbərlər

Bütün Xəbər Lenti