DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

Futbol
  • 22 iyun, 2026
  • 07:00
DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geridönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.

Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü ildə dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.

Qeyd edək ki, DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar üstünlüklərini möhkəmləndiriblər - 3:1.

83-cü dəqiqədə Trezeqe diqqət mərkəzinə düşüb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabda önə keçiblər - 2:1.

67-ci dəqiqədə Məhəmməd Salah rəqib komandanın qapısının torunu silkələyib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.

58-ci dəqiqədə Mustafa Ziko başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabı açıb - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyunu başlayıb.

"Report"un məlumatına görə, G qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan FIFA referisi Ömər Məhəmməd Əl-Əli idarə edir.