DÇ-2026: Türkiyə səfərdə xal qazanıb, Şotlandiya öz meydanında qalib olub
- 19 noyabr, 2025
- 01:49
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu qarşılaşmalar baş tutub.
"Report" xəbər verir ki, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma keçirilib.
Türkiyə yığması səfərdə İspaniyanın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. İsveç millisi evdə Sloveniya yığması ilə heç-heçə edib – 1:1. Şotlandiya yığması Danimarka millisini yenib – 4:2.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç – Sloveniya -1:1
23:45. Kosovo - İsveçrə -1:1
Xal durumu: İsveçrə - 14, Kosovo - 11, Sloveniya - 4, İsveç - 2.
C qrupu
23:45. Şotlandiya – Danimarka – 4:2
23:45. Belarus – Yunanıstan – 0:0
Xal durumu: Danimarka - 11, Şotlandiya - 13, Yunanıstan - 7, Belarus - 2.
E qrupu
23:45. Bolqarıstan – Gürcüstan – 2:1
23:45. İspaniya - Türkiyə - 2:2
Xal durumu: İspaniya - 16, Türkiyə - 13, Gürcüstan - 3, Bolqarıstan - 3.
H qrupu
23:45. Avstriya - Bosniya və Herseqovina – 1:1
23:45. Rumıniya - San Marino – 7:1
Xal durumu: Avstriya - 19, Bosniya və Herseqovina - 17, Rumıniya - 13, Kipr - 8, San-Marino - 0.
J qrupu
23:45. Belçika – Lixtenşteyn - 7:0
23:45. Uels - Şimali Makedoniya – 7:1
Xal durumu: Belçika - 18, Şimali Makedoniya - 13, Uels - 16, Qazaxıstan - 8, Lixtenşteyn - 0.