DÇ-2026: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda bərabərlik qeydə alınıb - YENİLƏNİB-5

Futbol
  • 16 iyun, 2026
  • 04:04
DÇ-2026: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda bərabərlik qeydə alınıb - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Səudiyyə Ərəbistanı - Uruqvay oyunu keçirilib.

"Report"un məlumatına görə, Mayami stadionunda baş tutan H qrupunun matçında tərəflər hərəyə 1 qol vurublar - 1:1.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.

Qeyd edək ki, bu qrupun digər matçında İspaniya seçməsi Kabo Verdə ilə qolsuz heç-heçəyə razılaşıb.

Futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun matçında uruqvaylılar hesaba tarazlıq gətiriblər - 1:1.

80-ci dəqiqədə Maksimiliano Arauxo adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun matçında asiyalıların hesabdakı üstnülüyü davam edir - 1:0.

41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib.

Futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun matçında asiyalılar fasiləyə üstün yollanıblar - 1:0.

41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib.

Futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun matçında asiyalılar hesabı açıblar.

41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib.

Futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanı - Uruqvay oyunu başlayıb.

"Report"un məlumatına görə, H qrupunun matçı Mayami stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Mauritsio Marianidir.