DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq

Futbol
  • 20 noyabr, 2025
  • 11:57
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.

"Report" xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində yerləşən FIFA-nın mənzil-qərargahında, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Qruplarını ikinci sırada bitirən 16 komanda - Türkiyə, Slovakiya, Kosovo, Danimarka, Ukrayna, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya ilə yanaşı UEFA Millətlər Liqasından gələn Şimali İrlandiya, İsveç, Rumıniya və Şimali Makedoniya isə mundiala vəsiqə qazanamaq üçün pley-offda yarışacaqlar.

Pley-off mərhələsinin yarımfinalları martın 26-da, finalları isə bir həftə sonra baş tutacaq. Yarımfinal və finallar bir oyundan ibarət olacaq. I və II səbətlərdə yer alan yığmalar ilk görüşləri öz meydanlarında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Püşkatmadan öncə səbətlər aşağıdakı kimi bölünüb:

I səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna

II səbət: Polşa, Uels, Çexiya, Slovakiya

III səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo

IV səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti