DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutub - YENİLƏNİB-4
- 28 iyun, 2026
- 02:54
Futbol üzrə dünya çempionatında İngiltərə Panamaya qalib gəlib.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar rəqibini 2:0 hesabı ilə üstələyiblər.
Qolları 62-ci dəqiqədə Cud Bellineqem, 67-ci dəqiqədə isə Harri Keyn vurub.
Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.
Futbol üzrə dünya çempionatının Panama- İngiltərə oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar üstünlüklərini artırıblar - 2:0.
67-ci dəqiqədə Harri Keyn başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Panama- İngiltərə oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar hesabı açıblar - 1:0.
62-ci dəqiqədə Cud Bellinqem fərqlənib.
Futbol üzrə dünya çempionatının Panama- İngiltərə oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.
Futbol üzrə dünya çempionatının Panama- İngiltərə oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.
Futbol üzrə dünya çempionatının Panama- İngiltərə oyunu başlayıb.
"Report"un məlumatına görə, L qrupunun III turunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.