DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
- 04 iyul, 2026
- 07:32
Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimalhesablı qələbə qazanıb - 1:0.
14-cü dəqiqədə Con Arias fərqlənib.
Bununla da 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksələn Kolumbiyanın rəqibi İsveçrə olacaq.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Qana oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəlidədir - 1:0.
14-cü dəqiqədə Con Arias fərqlənib.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Qana oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəlidədir - 1:0.
14-cü dəqiqədə Con Arias fərqlənib.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Qana oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0.
14-cü dəqiqədə Con Arias fərqlənib.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Qana oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Kanzas stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.