DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib - YENİLƏNİB-7
- 19 iyun, 2026
- 04:02
Futbol üzrə dünya çempionatında Kanada Qətər millisini böyük hesabla məğlub edib.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.
Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-öz qapısına) digər qolları vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda altıncı qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:0.
90+2-ci dəqiqədə Conatan Devid het-trik müəllifi olub.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 5:0.
Qətərin heyətində 75-ci dəqiqədə Manay Mohamed avtoqol müəllifi olub.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 4:0.
66-cı dəqiqədə Neytan Saliba dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda öndədir - 3:0.
Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.
Son olaraq 45+3-cü dəqiqədə Conatan Devid dubl müəllifi olub.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.
29-cu dəqiqədə Conatan Devid fərqlənib.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda hesab açılıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
16-cı dəqiqədə Kayl Larin fərqlənib.
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyunu başlayıb.
"Report"un məlumatına görə, B qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.