Fransa DÇ-2026-ya qələbə ilə başlayıb - YENİLƏNİB-6

Futbol
  • 17 iyun, 2026
  • 01:04
Fransa DÇ-2026-ya qələbə ilə başlayıb - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.

Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ardıcıl iki qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında əvvəlcə afrikalılar hesab arasındakı fərqi azaldıblar - 1:2.

90+5-ci dəqiqədə İbrahim Mbaye fərqlənib.

Ardınca isə Kilian Mbappe (90+6) Fransanın üstünlüyünü yenidən artırıb - 3:1.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar - 2:0.

82-ci dəqiqədə Bradli Barkola fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

66-cı dəqiqədə Kilian Mbappe qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında qolsuz bərabərlik davam edir - 0:0.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında birinci yarıda qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyunu başlayıb.

"Report"un məlumatına görə, I qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.