DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub olub - YENİLƏNİB-5
- 11 oktyabr, 2025
- 00:39

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.
Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda gerçəkləşən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.
84-cu dəqiqədə Floryen Toven fərqlənib.
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda gerçəkləşən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.
69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda reallaşan matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
Qarşılaşmanı norveçli baş hakim Rohit Saqqi idarə edir.
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda reallaşan matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.
Kilian Mbappe adını tabloya yazdırıb.
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa - Azərbaycan matçına start verilib.
"Report"un məlumatına görə, qarşılaşma Parisdəki "Park de Prens"" stadionunda keçirilir.
Matçı norveçli baş hakim Rohit Saqqi idarə edir.