DÇ-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-8

Futbol
  • 28 iyun, 2026
  • 08:01
DÇ-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-8

Futbol üzrə dünya çempionatında Əlcəzair Avstriya ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 3:3.

Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.

Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən İordaniya - Argentina oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında Əlcəzair yenidən hesabı bərabərləşdirib - 2:2.

60-cı dəqiqədə Riyad Mahrez tablodakı rəqəmləri eyniləşdirib.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.

55-ci dəqiqədə Marsel Zabitçer fərqlənib.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında Əlcəzair hesabı bərabərləşdirib - 1:1.

45-ci dəqiqədə Rafik Belqali "status-kvo"nu bərpa edib.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında avropalılar hesabı açıblar - 1:0.

28-ci dəqiqədə Marko Arnautoviç fərqlənib.

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyunu başlayıb.

"Report"un məlumatına görə, J qrupunun III turunun matçı Kanzas stadionunda keçirilir.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.