DÇ-2026: Yaponiyanı son anlarda vurduğu qolla məğlub edən Braziliya 1/8 finala yüksəlib - YENİLƏNİB-5

Futbol
  • 29 iyun, 2026
  • 23:03
DÇ-2026: Yaponiyanı son anlarda vurduğu qolla məğlub edən Braziliya 1/8 finala yüksəlib - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Braziliya Yaponiyanı məğlub edib.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan "sambaçılar" Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəyə seviniblər.

1/8 finala yüksələn Braziliyanın bu mərhələdəki rəqibi Fildişi Sahili - Norveç cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Braziliya - Yaponiya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

56-cı dəqiqədə Kazemiro fərqlənib.

Futbol üzrə dünya çempionatının Braziliya - Yaponiya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.

29-cu dəqiqədə Kaysyu Sano fərqlənib.

Futbol üzrə dünya çempionatının Braziliya - Yaponiya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.

29-cu dəqiqədə Kaysyu Sano fərqlənib.

Futbol üzrə dünya çempionatının Braziliya - Yaponiya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında asiyalılar hesabı açıblar - 1:0.

29-cu dəqiqədə Kaysyu Sano fərqlənib.

Futbol üzrə dünya çempionatının Braziliya - Yaponiya oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edir.