DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
- 17 iyun, 2026
- 07:00
Futbol üzrə dünya çempionatında Argentina Əlcəzairə qalib gəlib.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina 3:0 hesabı ilə qələbə qazanıb.
Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina üstünlüyünü bir qədər də artırıb - 3:0.
76-cı dəqiqədə Lionel Messi het-trik edib.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina üstünlüyünü bir qədər də artırıb - 2:0.
60-cı dəqiqədə Lionel Messi dubl edib.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentinanın üstünlüyü davam edir - 1:0.
17-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina fasiləyə üstün yollanıb - 1:0.
17-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina hesabda irəli çıxıb - 1:0.
17-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Əlcəzair oyunu başlayıb.
"Report"un məlumatına görə, J qrupunun matçı Kanzas stadionunda keçirilir.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.