DÇ-2026: Almaniya Fildişi Sahilini son anlarda vurduğu qolla məğlub edib - YENİLƏNİB-5
- 21 iyun, 2026
- 02:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə dünya çempionatında Almaniya Fildişi Sahili millisi üzərində qələbə qazanıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı afrikalılardan Frans Kessi (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 04:00-da Ekvador Kurasao ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.
68-ci dəqiqədə Deniz Undav adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
30-cu dəqiqədə Frans Kessi fərqlənib.
Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
30-cu dəqiqədə Frans Kessi fərqlənib.
Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəli çıxıblar - 1:0.
30-cu dəqiqədə Frans Kessi fərqlənib.
Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyunu başlayıb.
"Report"un məlumatına görə, E qrupunun II turunun matçı Toronto stadionunda keçirilir.
Qarşılaşmanı paraqvaylı FIFA referisi Juan Benites idarə edir.