DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5

Futbol
  • 10 iyul, 2026
  • 02:00
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

66-cı dəqiqədə Usman Dembele fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.

60-cı dəqiqədə Kilian Mbappe baxımlı qola imza atıb.

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Avropa təmsilçisinin heyətində 28-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsindən yararlana bilməyib.

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Avropa təmsilçisinin heyətində 28-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsindən yararlana bilməyib.

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin matçı Boston stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.