DÇ-2026: CAR millisini məğlub edən Kanada 1/8 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-4

Futbol
  • 29 iyun, 2026
  • 00:57
DÇ-2026: CAR millisini məğlub edən Kanada 1/8 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-4

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə qalib gəlib.

"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən matç Kanadanın 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.

Bu qələbənin ardından 1/8 finala yüksələn Kanadanın növbəti rəqibi Niderland - Mərakeş cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Kanada oyununda ilk qol vuurlub.

"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Kanada hesabı açıb - 1:0.

90+2-ci dəqiqədə Stiven Euştakiu fərqlənib.

Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Kanada oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.

Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Kanada oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.

Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Kanada oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Los-Anceles stadionunda keçirilir.

Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.