DÇ-2024: Azərbaycan millisi bu gün Qazaxıstanı qəbul edəcək

Futbol
  • 06 oktyabr, 2023
  • 05:33
DÇ-2024: Azərbaycan millisi bu gün Qazaxıstanı qəbul edəcək

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, A qrupunda yer alan yığma favoritlərdən sayılan Qazaxıstanla qarşılaşacaq.

Vitali Borisovun yetirmələri rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Qazaxıstan ilk iki görüşündə qələbə qazanıbsa, millimiz Rumıniyaya məğlub olub (1:3), Niderlanda qalib gəlib (6:1).

Saat 20:00-da başlayacaq matçı finlandiyalı hakimlər Kirill Naişouler, Arttu Kyynaeraeynen və Paavo Komppa idarə edəcəklər.

44 - Tezliklə