DÇ-2022 üçün 5-ci stadion istifadəyə verilib
Futbol
- 22 oktyabr, 2021
- 16:58
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək "Al-Tumama" stadionu istifadəyə verilib.
"Report"un məlumatına görə, arenanın açılış mərasimi "Əl-Sədd" və "Əl-Rayan" komandaları arasında Əmir Kubokunun final oyunundan öncə baş tutub. Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 5-ci stadiondur.
Yerləşdiyi bölgənin adını daşıyan arenanın dizaynı Körfəz ölkələrinə xas olan kişi baş geyiminə bənzəyir.
40 min azarkeş tutumuna malik arenada mundialın qrup oyunları, həmçinin 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Son xəbərlər
01:11
Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik
Region01:06
Zelenski Kişinyovda Uitkoff və Kuşnerlə danışıqlar aparıb
Digər ölkələr00:57
İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
Region00:31
Rubio: ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir
Digər ölkələr00:18
Giorgi Xaindrava: Ermənistan Azərbaycan və Gürcüstanla əməkdaşlıq qurmadan inkişaf edə bilməz
Xarici siyasət23:41
SEPAH Hörmüz boğazından Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaratmaq istəyir
Region23:15
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Region23:08
Vuçiç: Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya bilər
Digər ölkələr22:48