DÇ-2018: Uruqvay qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB
- 25 iyun, 2018
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında A qrupunda qrup mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, Səudiyyə Ərəbistanı Misirlə üz-üzə gəlib.
Qarşılaşma Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Səudiyyə Ərəbistanı qrup mərhələsini 3, Misir isə xalsız başa vurub. Oyunda ilk qolu Misir yığmasının heyətində Məhəmməd Salah vurub. 26 yaşlı yarımmüdafiəçi 22-ci dəqiqədə fərqlənib. Səudiyyə Ərəbistanının futbolçusu Salman əl-Fərəc 45+6-cı dəqiqədə fərqlənməklə tarazlığı bərpa edib. Salem əl-Dosari isə 90+5-ci dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb.
DÇ-2018
25 iyun
III tur
A qrupu
18:00. Səudiyyə Ərəbistanı - Misir 2:1
Qollar: Salman əl-Fərəc, 45+6 (penalti ilə). Salem əl-Dosari, 90+5 - Məhəmməd Salah, 22
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)
Volqoqrad, "Volqoqrad Arena"
*** 19:52
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında A qrupunda III tura start verilib.
"Report"un məlumatına görə, Uruqvay Rusiya ilə üz-üzə gəlib. Uruqvay yığması rəqibini 3:0 hesabı ilə məğlub edib.
Üç oyunun hamısında qələbə qazanan Uruqvay qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Görüşdə hesab 10-cu dəqiqədə açılıb. Luis Suares komandasını hesabda önə çıxarıb. Matçda ikinci qol 23-cü dəqiqəyə təsadüf edib. Denis Çerişev avtoqol müəllifi olub. Matçın 26-cı dəqiqəsində Rusiyanın heyətində İqor Smolnikov qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub. Görüşdə son nöqtəni isə Edinson Kavani qoyub. Hücumçu 90-cı dəqiqədə fərqlənib.
DÇ-2018
25 iyun
III tur
A qrupu
18:00. Uruqvay - Rusiya 3:0
Qol: Luis Suares, 10, Denis Çerışev, 23 - öz qapısına, Edinson Kavani, 90
Qırmızı vərəqə: İqor Smolnikov, 36
Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)
Samara, "Samara Arena"