DÇ-2018 üçün Rusiyaya 32 ölkədən polis əməkdaşları gələcək

Futbol
  • 16 fevral, 2018
  • 11:50
DÇ-2018 üçün Rusiyaya 32 ölkədən polis əməkdaşları gələcək

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında beynəlxalq polis əməkdaşlığı mərkəzinə 32 ölkədən asayiş keşikçiləri gələcək.

“Report” TASS-a istinadən xəbər verir ki, qurumun tərkibi mundialın iştirakçısı olan 32 ölkənin və 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin nümayəndələrindən təşkil olunacaq. İyunda Rusiyaya digər ölkələrdən, təxminən, 150 polis əməkdaşının gələcəyi gözlənilir.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

44 - Tezliklə