DÇ-2018: Misir yığmasının qapıçısı dünya çempionatlarında iştirak edən ən yaşlı oyunçu olacaq

Futbol
  • 25 iyun, 2018
  • 13:39
DÇ-2018: Misir yığmasının qapıçısı dünya çempionatlarında iştirak edən ən yaşlı oyunçu olacaq

Bakı. 25 iyun. REPORT.AZ/ Misir yığmasının qapıçısı Essam əl-Hadari dünya çempionatında oynamış ən yaşlı futbolçu olacaq.

"Report"un məlumatına görə, 45 yaşlı qolkiper A qrupunun III turunda Səudiyyə Ərəbistanına qarşı matça start heyətində olacaq.

Bu vaxta qədər dünya çempionatında iştirak edən ən yaşlı futbolçu Kolumbiya yığmasının sabiq qapıçısı Fərid Mandraqon olub. O, 43 yaşında ikən 2014-cü ildə Braziliyada keçirilmiş mundialda iştirak edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı - Misir matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

44 filmi