DÇ-2018: İslandiya yığmasının yekun heyəti müəyyənləşib

Futbol
  • 04 iyun, 2018
  • 14:22
DÇ-2018: İslandiya yığmasının yekun heyəti müəyyənləşib

Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə İslandiya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, 23 nəfərlik siyahıya 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 4 hücumçu daxil edilib.

Qapıçılar: Hannes Tor Haldorsson ("Ranners", Danimarka), Runar Runarsson ("Norşelland", Danimarka), Frederik Şram ("Roskille", Danimarka)

Müdafiəçilər: Ari Skulason ("Lokeren", Belçika), Herdur Maqnusson ("Bristol Siti", İngiltərə), Holmar Eyolfsson ("Levski", Bolqarıstan), Kari Arnason ("Aberdin", Şotlandiya), Sverrir İnqason ("Rostov", Rusiya), Raqnar Siqurdsson ("Rostov", Rusiya), Samuel Fridyonsson ("Volerenqa", Norveç), Birkir Sevarsson ("Valür")

Yarımmüdafiəçilər: Yohan Qudmunsson ("Börnli", İngiltərə), Arnor Traustason ("Malmö", İsveç), Aron Eynar Qunnarsson ("Kardiff Siti", Uels), Olafur Skulason ("Karabükspor", Türkiyə), Gilfi Siqurdsson ("Everton", İngiltərə), Emil Halfredsson ("Udineze", İtaliya), Birkir Byarnason ("Aston Villa", İngiltərə), Rürik Gislason ("Zandhauzen", Almaniya)

Hücumçular: Byorn Siqurdarson ("Rostov", Rusiya), Alfred Finnaboqason ("Auqsburq", Almaniya), Yon Bedvarsson ("Redinq", İngiltərə), Albert Qudmunsson (PSV, Hollandiya)

Qeyd edək ki, D qrupunda yer alacaq İslandiya yığması iyunun 16-da Argentina, iyunun 22-də Nigeriya, iyunun 26-da isə Xorvatiya ilə üz-üzə gələcək.