DÇ-2018: Argentina İslandiya ilə heç-heçə edib

Futbol
  • 16 iyun, 2018
  • 15:04
DÇ-2018: Argentina İslandiya ilə heç-heçə edib

Bakı. 16 iyun. REPORT.AZ/ Argentina yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda İslandiya ilə heç-heçə edib.

"Report" xəbər verir ki, hesabı 19-cu dəqiqədə Serxio Aqueroa açıb. Lakin 4 dəqiqə sonra Alfred Finnboqason hesabı bərabərləşdirib. 

Matçda bir neçə dəfə qo vəziyyətinin yaranmasına baxmayaraq hesab dəyişməyib. Qeyd edək ki, 64-cü dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.