DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları bəlli olub

Futbol
  • 11 iyun, 2018
  • 07:19
DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları bəlli olub

Bakı. 11 iyun. REPORT.AZ/ Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcəklər. 

"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

44 - Tezliklə