DÇ-2018: 1/4 final oyunlarından sonra futbolçuların sarı vərəqələri ləğv olunacaq

Futbol
  • 22 iyun, 2018
  • 12:17
DÇ-2018: 1/4 final oyunlarından sonra futbolçuların sarı vərəqələri ləğv olunacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Dünya çempionatında futbolçuların aldıqları tək sarı vərəqələr 1/4 final mərhələsindən sonra ləğv olunacaq. 

"Report"un məlumatına görə, bu barədə "Sport-Ekspress"ə FİFA-dan açıqlama verilib.

Bu isə o deməkdir ki, mərhələ adlayan komandaların aparıcı futbolçuları həlledici matçlarda iştirak edə biləcəklər. Sözügedən qayda əvvəlki mundiallarda da qüvvədə olub. 

İki sarı və qırmızı vərəqəyə görə diskvalifikasiya isə yenə tətbiq ediləcək.