Darren Beyzli: "Üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam"
- 16 iyun, 2026
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Oyunçularla son dərəcə fəxr edirəm. Düşünürəm ki, topa sahib olmaqda həqiqətən də çox yaxşı idik və yaxşı müdafiə olunduq".
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli İran yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib:
"Oyunda çoxlu qol imkanları yaratdıq. İki dəfə üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam, iki əla qol vurduq, bəzi anlar yaşadıq ki, bu da həqiqətən yaxşı idi. Bu gecə tarix yazmaq və Dünya Kubokunda bir oyun qazanmaq şansımız var idi. Biz qalib gəlməyə çox yaxın idik", - deyə o əlavə edib.
Qeyd edək ki, İran və Yeni Zelandiya millilərinin görüşü 2:2 hesabı ilə başa çatıb.