Danışılmış oyunlarla bağlı komissiyanın iclası keçirilib
- 08 dekabr, 2016
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolundakı danışılmış oyunlarla bağlı araşdırmaların gedişi barədə danışıb.
"Report"un məlumatına görə, baş katib jurnalistlərə açıqlamasında bu məqsədlə yaradılmış komissiyanın ötən gün bir araya gəldiyini bildirib.
O deyib ki, Komissiya İntizam Komitəsi ilə sıx əməkdaşlıq edir və hesabat İcraiyyə Komitəsinə göndəriləcək: "Komissiya üzvləri peşəkarlardan, keçmiş futbolçulardan və mütəxəssislərdən təşkil olunub. Siyahıdakıların sayında artım və ya azalmanın baş verəcəyi ilə bağlı bir söz deyə bilmərəm. Çünki hazırda proses davam edir. Bu, virusdur və onu məhv etməliyik. Dünyanın hər yerində danışılmış oyunlara, idman manipulyasiyalarına qarşı mübarizə gedir. Biz də bu mübarizənin içərisindəyik".