​Danimarka yığma komandasının baş məşqçisi istefa verib

Futbol
  • 18 noyabr, 2015
  • 11:30
​Danimarka yığma komandasının baş məşqçisi istefa verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Futbol üzrə Danimarka milli komandasının baş məşqçisi Morten Olsen tutduğu vəzifədən istefa verib. "Report"un məlumatına görə, buna ölkə yığmasının 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.

M.Olsen 2000-ci ildən Danimarka yığmasının baş məşqçisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, seçmə mərhələdə İ qrupunun üçüncüsü olaraq "play-off"a vəsiqə qazanan Danimarkanın qarşısını İsveç kəsib - 1:2, 2:2.