Dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirib
Futbol
- 16 noyabr, 2018
- 11:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiyada adı açıqlanmayan dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirməkdə və onun avtomobilini qaçırmaqda şübhəli bilinir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisəni Həştərxanın "Zvezda" komandasında baxışda olan oyunçu törədib. O, 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Oğurlanan "Fiat" markalı avtomobil 23 yaşlı idmançının yaşadığı Xasavyurt şəhərində aşkarlanıb.
Bildirilir ki, şübhəli şəxs Həştərxandan Komsomolskaya getmək üçün taksi sifariş verib. Buradan isə Xasavyurta avtobusla getməyi planlaşdırıb. Ancaq yolda taksi sürücüsünü qətlə yetirib.
Son xəbərlər
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr